Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artdı
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artdı

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49-a qədər artdı. Xəsarət alanların sayı 900-a çatır. Yerli medianın məlumatına görə, 299 xəsarət alan hələ də müalicə olunur.

Türkiyədə 6.6 bal gücündə zəlzələ 30 oktyabrda baş verdi. Episentr İzmir şəhərinin sahil bölgəsində, Ege Dənizində, 16.5 kilometr dərinliyində qeydə alındı.

400-dən artıq güclü təkan qeyd edildi. Təkanlar Yunanıstanda da hiss olunurdu.