Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatdı
Türkiyənin şərq hissəsində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatdı.
Xilasedicilər uçuntular altından 45 insanı xilas edə bildilər.
31 insan Elazığ əyalətində, dörd nəfər isə, qonşu Malatya əyalətində həlak oldu.
Xəsarət alanların sayı 1600-dən artıqdır.
Xilasedici-axtarış əməliyyatı hazırda Elazığ əyalətinin üç yerində həyata keçirilir.
İki əyalətdə yeraltı təkanlar nəticəsində 76 bina uçdu, 645 isə, zədələndi.