Telavidə, təbii qazın partlaması nəticəsində iki insan xəsarət aldı
Telavidə, təbii qazın partlaması nəticəsində iki insan xəsarət aldı

Telavidə, yaşayış evinin zirzəmisinin birində, dəmir qaynaq işləri aparılarkən partlayış baş verdi.

İlkin məlumata görə, qapalı məkanda təbii qazın toplanması vaş verdi və bu da partlayışa səbəb oldu.

Partlayış nəticəsində iki insan xəsarət aldı. Onları təcili tibbi yardım briqadası, Televi Referal Xəstəxanasına apardı.

Həkimlərin dediyinə görə, onların bədənlərində yanıqlar qeydə alınır və güman edildiyinə görə, Tbilisiyə Yanıq Mərkəzinə keçirəcəklər.

DİN-in məlumatına görə, faktla bağlı GCM-nin 124-cü maddəsi ilə istintaqa başlanıb.