Təhlükəsizlik Şurası - İmkan verməməliyik ki, Azərbaycan və Ermənistan arasında yaranan krizis vəziyyətində bəzi destruktiv elementlər, Gürcüstandan kənar və yaxud ölkə daxilində, tarixi dostluğumuza zərər gətirsinlər
Təhlükəsizlik Şurası - İmkan verməməliyik ki, Azərbaycan və Ermənistan arasında yaranan krizis vəziyyətində bəzi destruktiv elementlər, Gürcüstandan kənar və yaxud ölkə daxilində, tarixi dostluğumuza zərər gətirsinlər

Gürcü tərəfi yenə hazırlığını bildirir ki, hərhansı forma ilə, vəziyyətin deeskalyasiyasına yardım etsin. Həmçinin, dialoqun keçirilməsi məqsədi ilə, münaqişə tərəflərini Tbilisdə qəbul etməyə hazırdır.

Bu barədə Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir, hansını jurnalistlərə Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomeauri təqdim etdi.

Azərbaycan və Ermənistan respublikaları arasında hərbi qarşıdurma və nəticədə yaranan ağır vəziyyətlə bağlı Gürcüstanın Milli Təhlükəsizlik Şurasının İclası keçirildi.

“İclasda münaqişə nəticəsində yaranan ağır vəziyyət müzakirə olundu. Vəziyyətin eskalyasiyası regionun təhlükəsizliyinə də mənfi təsir verəcək. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinə yenə müraciət edirik, bütün tədbirləri görsünlər ki, zorakılıq dayandırılsın və dialoq bərpa olunsun.

Gürcüstanı necə Azərbaycan, eləcədə Ermənistanla mehriban qonşuluq münasibətləri birləşdirir. Məqsədimiz bu münasibətləri qorumaq və daha da gücləndirməkdir. Gürcüstanda, gürcülərlə bərabər digər millətlərin, azərbaycanlılar və ermənilərin sülh içində yaşadıqları ilə fəxr edirik və ölkədə yaşayan bütün millətlərin mehribançılığını birgə şəkildə, qorumaq və qayğı göstərmək lazımdır.

Biz imkan verməməliyik ki, Azərbaycan və Ermənistan arasında yaranan krizis vəziyyətində,bəzi destruktiv elementlər, Gürcüstandan kənar və yaxud ölkə daxilində, tarixi dostluğumuza və tarixi təcrübəmizə zərər gətirsin.

Bunu nəzərə alaraq, gürcü tərəfi, yaranan vəziyyətin deeskalyasiyası üçün əlindən gələni etməyə hazırdır və tərəfləri dialoqun keçirilməsi üçün Tbilisiyə dəvət edir.

Gürcü tərəfi illər ərzində, qonşularına qarşı öz beynəlxalq öhdəliklərini yerinə yetirirdi. Məlumdur ki, Gürcüstanın tranzit funksiyası hər iki ölkənin inkişafı üçün önəmli faktordur.  Təbii ki, bu Gürcüstanın maraqlarına da daxildir.

Bugün belə, Gürcüstan ərazisindən tranzit yükləri təhlükəsiz şəkildə hərhansı istiqamətə, Azərbaycana və Ermənistana getməyə davam edir. Tranzit hərəkatının göstəricisi vəziyyətin eskalyasiyasından sonra da dəyişməyib. Qeyd edilməlidir ki, münaqişənin kəskinləşdiyi andan, Gürcüstan tərəfindən hava tranziti üçün də hərhansı məhdudiyyət qoyulmayıb.

Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında vəziyyətin gərginləşməsindən və hərbi əməliyyatların başlamasından sonra, Gürcüstan öz ərazisindən, müvəqqəti olaraq, hərhansı nəqliyyat vasitəsi ilə, hər istiqamətə və hər iki ölkəyə doğru hərbi yükün daşınması iznini dayandırdı. Bununla bağlı hər iki tərəfin məlumatı var idi.

Gürcüstan sadəcə olaraq, beynəlxalq öhdəliyini yerinə yetirir.

Hamımızın ümumi marağımızdır ki hərbi qarşıdurma tez zamanda dayandırılsın və regionda sülh olsun” – deyilir Təhlükəsizlik Şurasının bəyanatında.