Tbilisi, Rustavi və Kutaisi məktəblərinin şagirdləri bugündən etibarən, onlayn-təhsil almaq üçün qeydiyyatdan keçə bilərlər
Tbilisi, Rustavi və Kutaisi məktəblərinin şagirdləri bugündən etibarən, onlayn-təhsil almaq üçün qeydiyyatdan keçə bilərlər

Gürcüstanın Təhsil Nazirliyi Tbilisi, Rustavi və Kutaisi məktəblərinin şagirdlərinin valideynlərinə sinif otaqlarındaki və ya yaxud onlayn-dərslər arasında seçim imkanı təklif edir.

Bu barədə Təhsil Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.

Distansiyalı rejimdə təhsil almaq istəyənlər məktəb administrasiyasına müraciət etməlidirlər və Təhsil İdarəsi Sisteminin veb-səhifəsində qeydiyyatdan keçməlidirlər: https://online.emis.ge

Onlayn təhsil üçün qeydiyyatından keçmək və yaxud ərizəyi ləğv etmək, hər çərşənbə günü saat 00:00-dan 23:59-a qədər  mümkündür.

İdarələrarası koordinasiya şurasının qərarı ilə, fevralın 15-dən, bütün ölkə miqyasında, Səhiyyə Nazirliyi tərəfindən qoyulan bütün requlyasiyaların qorunması ilə, təhsil prosesi sinif otaqlarında davam edəcək.

Koordinasiya şurasının qərarı ilə, bütün məktəblərdə, beşinci sinifdən yuxarı olan şagirdlər təhsil prosesində tibbi maska taxmalı olacaqlar.