Tbilisi İnfeksiya Xəstəxanasını yaxın günlərdə, koronavirusdan müalicə olunmuş daha səkkiz pasientin tərk etməsi mümkündür
Tbilisi İnfeksiya Xəstəxanasını yaxın günlərdə, koronavirusdan müalicə olunmuş daha səkkiz pasientin tərk etməsi mümkündür

Tbilisi İnfeksiya Xəstəxanasının həkimi, Aleksandre Qoqinavanın bəyan etdiyinə görə, klinikadan yaxın günlərdə, koronavirusdan müalicə olunmuş daha 7-8 pasientin evə buraxılması mümkündür.

“Dəqiq tarixi deyə bilmərəm, lakin dinamik prosesdir və yaxın günlərdə bir neçə sağalmış pasientimiz olacaq. Nə qədər çox vaxt keçsə, bir o qədər sağalmış pasientimiz olacaq. Təxminən 7-8 pasientin yaxın 3-4 gün ərzində klinikanı tərk etməsi və evdə izolasiyada olması mümkündür”, – Aleksandre Qoqinava bəyan etdi.