Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsəri hind dilində dərc olundu
Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsəri hind dilində dərc olundu

Gürcüstanın Hindistandaki Səfirliyinin təşəbbüsü ilə, 2020-ci ilin oktyabr ayında, məşhur Yatra Books nəşriyyatı tərəfindən, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvanı” əsərinin hind dilində tərcüməsi çap olundu (Sher Ki Khaal Wala Samant Shoorvir).

Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, poemayı Hindistanlı şair və tərcüməçi doktor Bhupender Aziz Parihar tərcümə edib. Hindistan stilində illyustrasiyası isə, Mumbaidə fəaliyyət göstərən rəssam Onkar Pondekar tərəfindən hazırlanıb.

Kitabı necə Hindistanın kitab mağazalarında, eləcədə, elektron şəkildə almaq olar.

“Şota Rustavelinin əsərinin hind dilinə tərcüməsi, böyük şairin Hindistantanda tanınmasına və Gürcüstan və Hindistan arasındaki tarixi və mədəni əlaqələrin dərinləşdirilməsinə yol açacaq” – deyilir Xarici işlər Nazirliyinin bəyanatında.