Seçki məntəqələrinin 99.7%-də hesablanan səslərə əsasən, Salome Zurabişvili 59.56%-lə qalibdir, Qriqol Vaşadze isə, 40.44% səs yığıb
Seçki məntəqələrinin 99.7%-də hesablanan səslərə əsasən, Salome Zurabişvili 59.56%-lə qalibdir, Qriqol Vaşadze isə, 40.44% səs yığıb

Mərkəzi seçki komisiyasının ilkin məlumatına görə, prezident seçkilərini ikinci turunda “Gürcü Arzusu”-nun dəstəklədiyi namizəd Salome Zurabişvili qalib gəldi.

Bu vaxta qədər əldə olan məlumata əsasən, Zurabişvili səslərin 59.56%-ni yığıb və bu da, sayca 1146 063 səsdir.

MSK-nın vebsəhifəsində yayılan məlumata əsasən, birləşmiş müxalifət namizədi Qriqol Vaşadze 778 167 səs topladı və bu da, səslərin 40.44%-dir.

Bu vaxt üçün 3705 seçki məntəqəsi hesablanıb və bu seçki məntəqələrinin 99.7%-dir.