Şalva Papuaşvili - ümid edirəm ki, utanc dəhlizini ona görə ləğv etdilər ki, başa düşdülər nə qədər absurd söhbət edirdilər
Şalva Papuaşvili - ümid edirəm ki, utanc dəhlizini ona görə ləğv etdilər ki, başa düşdülər nə qədər absurd söhbət edirdilər

Ümid edirəm ki, utanc dəhlizini ona görə ləğv etmədilər ki, DİN-in irəlcədən bəyan etdiyinə görə ki, buna müvafiq münasibət bildiriləcəkdi, ona görə ləğv etdilər ki, başa düşdülər nə qədər absurd söhbət edirdilər, – bu barədə “Gürcü Arzusunun” seçki siyahısının üzvü, Şalva Papuaşvili “Milli Hərəkatın” Batumidə utanc dəhlizinin ləğv edilməsi barəsində söhbət edərkən bəyan etdi.

Papuşvilinin qeyd etdiyinə görə, vətəndaşlara qarşı etiraza doğru çağırışlar qeyri demokratik və konstitusiyaya ziddir. Bununla yanaşı, Papuaşvili vətəndaşları ikinci turda iştirak etməyə çağırır.

“Onlar dərk etdilər ki, vətəndaşlara qarşı etiraza doğru çağırışlarla nə qədər absurd söhbət edirdilər. Bu ümumiyyətlə təsəvvür olunmazdır, demokratiya, konstitusiya və insalıqla heç bir əlaqəsi yoxdur. Biz vətəndaşları fəal olmağa çağırırıq. Məhz elə ikinci tur əhəmiyyətlidir ki, vətəndaşlar majoritarlığa namizədlərlə bağlı öz seçimini qeyd etsinlər. Əminik ki, hər 17 mandatı biz qazanacağıq”, – Şalva Papuaşvili bəyan etdi.