Zaal Udumaşvili - ikinci turu kimlə keçirilər bilmirəm, müxalifət ikinci turda iştirak etmir
Zaal Udumaşvili - ikinci turu kimlə keçirilər bilmirəm, müxalifət ikinci turda iştirak etmir

“Milli Hərəkat” partiyasının liderlərindən biri, Zaal Udumaşvilinin bəyan etdiyinə görə, müxalifət seçkilərin ikinci turunda iştirak etmir və həmin günü aksiya keçirir.

Bununla yanaşı, Udumaşvilinin jurnalistlərə bəyan etdiyinə görə, “Milli Hərəkatın” Acara təşkilatının lideri, Levan Varşalomidzenin bəyanatını partiyada müzakirə etməyiblər.

“Müxalifət ikinci turda iştirak etməyəcək. Bu bizim qərarımızdır. Seçkilərin nə cür keçirilməsi fonunda ölkədə ikinci turun keçirilməsi ayıbdır. Bilmirəm kimlə keçirirlər, özləri ilə? Söhbət edib qərar verəcəyik, 21 noyabr hansı formatda olacaq. Ümumiyyətlə 21-də aksiya keçirəcəyik. Baxaq, bəzi məsələlər üzrə razılaşacağıq. Levan Varşalomidzenin bəyanatı partiyada müzakirə olunmayıb.

“Milli Hərəkatın” Acara təşkilatının lideri tərəfdarlarına müraciət edir ki, 21 noyabrda, seçkilərin ikinci turunda seçki məntəqələrinə səfərbər olunsunlar və utanc dəhlizini təşkil etsinlər.