Şalva Natelaşvili - "NDI" tədqiqatı Trampın kürəkəni, Kuşnerin zövqü ilə tərtib edilib
Şalva Natelaşvili - "NDI" tədqiqatı Trampın kürəkəni, Kuşnerin zövqü ilə tərtib edilib

30 ildir, müxalifətin bu cür yüksək reytinqini xatırlamıram, – bu barədə “Leyboristlər partiyasının lideri, Şalva Natelaşvili “NDI”-ın dünənki tədqiqatını dəyərləndirərkən bəyan etdi.

“Dünya presedentləri ilə də, gürcü müxalifəti müqayisəsiz addım atdı, saxtakarlıq yolu ilə tərtib olunmuş parlamentə daxil olmadı, mandatlarını təhvil verid və bizim xalq həmişə qaranı və ağını seçə bilir.

Üzdəniraq “NDI” tədqiqatı cənab Trampın Kapitoliyə hücumu planlaşdırarkən, guya dekabrada keçirilibdir. Əmin idi ki, özü və kürəkəni Kuşner yalnız Amerikanın deyil, bütün dünyanın idarə edəcəyini davam etdirəcəkdilər. Bidzina İvanişvili isə, Kuşnerin ciblərini yüzlərcə milyonlarla sərmayələşdirdi. Qeyd olunan tədqiqat Kuşnerin zövqü ilə tərtib olunub”, – Şalva Natelaşvili bəyan etdi.

“NDI” tədqiqatına əsasən, partiyaların dəstəklənməsi hissəsində ən yüksək göstəricisi hakim partiyanın var. Sorğu olunanların 31 faizi hesab edir ki, onun baxışları ilə ən yaxın “Gürcü Arzusu” durur, beş faizi “Milli Hərəkatı” adlandırır, 25 faizi isə, heç bir partiyanı. cavab verməkdən 24 faiz imtina etdi. “NDI” tədqiqatına əsasən, başqa partiyaları sorğu olunanların doqquz faizi adlandırır. Tədqiqata əsasən, başqa partiyalara daxildilər – “Vətənpərvərlər Aliyansı”, “Strategiya Ağmaşenebeli”, “Qirçi”, “Avropa Gürcüstanı”, “Lelo” və “Leyboristlər partiyası”.

Şərh yaz