Gürcüstan Parlamentinin sədri, Arçil Talkavadze “NDI”-ın Gürcüstan ofisi rəhbəri, Alan Qilem ilə görüşdü.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, söhbət Gürcüstan Parlamenti və “NDI” arasında əməkdaşlıq planı, Parlamentin fəaliyyətinin prioritetləri və yeni təşəbbüslərinə aid oldu.
Elə onların məlumatına görə, Arçil Talakvadze “NDI”-ın Gürcüstan ofisi rəhbəri ilə əsas istiqamətləri müzakirə etdi ki, hansılar üzrə də onuncu çağırış parlamenti donorlar və partnyor təşkilatları ilə fəal əməkdaşlıq üçün hazırlaşır – vətəndaşların qoşulmasına imkanların yaradılamsı, tematik tədqiqatların dəstəyi, parlament prosesində gənclərin iştirakının artırılması, siyasətdə qadınların iştirakının gücləndirilməsi və Parlamentin nəzarət funksiyasının gücləndirilməsi.
Alan Qilem hazır olduğunu ifadə etdi ki, “NDI” Gürcüstan Parlamenti ilə əməkdaşlığını davam etdirəcək.