Salome Zurabişvili Polşada rəsmi görüşlərinə bu gündən başlayacaq
Salome Zurabişvili Polşada rəsmi görüşlərinə bu gündən başlayacaq

Gürcüstan prezidenti, Salome Zurabişvili Polşa Respublikasında rəsmi görüşlərinə bu gündən başlayacaq.

Rəsmi səfər çərçivəsində yüksək səviyyəli görüşlər planlaşdırılıb. Varşavada ilk görüşünü Gürcüstan prezidenti Polşa Respublikasının prezidenti Andjey Duda ilə keçirəcək. Öncə Prezident Sarayında qarşılama mərasimi keçiriləcək və bundan sonra tərəflər genişləndirilmiş formatda görüş keçirəcəklər. Görüşdən sonra hər iki ölkə prezidentinin birgə mətbuat konfransı planlaşdırılıb.

Səfərin birinci günü Gürcüstan prezidenti Polşa Respublikası Senatının marşalı, Stanislav Karçevki ilə və Seymin sədri ilə görüşəcək.

Salome Zurabişvili Ketevan Kinsuraşvilinin “Qardaş Zdaneviçlər – Kirile və İliya” adlıə kitabının təqdimatında iştirak edəcək.

Varşavaya rəsmi səfər çərçivəsində Gürcüstan prezidentinə Polşa baş naziri ev sahibliyi edəcək. Rəsmi görüşlərdən başqa Salome Zurabişvili gürcü tələbələri və diaspora nümayəndələri ilə görüşəcək.

Səfər çərçivəsində Salome Zurabişvili Müqəddəs Qriqol Peradze adına Muzeyinə ziyarət edəcək.

Gürcüstan prezidenti, Salome Zurabişvili Polşa Respublikasına dünən getdi.