Salome Zurabişvili Bolqarıstan prezidenti ilə görüşdü
Salome Zurabişvili Bolqarıstan prezidenti ilə görüşdü

Gürcüstn prezidenti, Salome Zurabişvili Bolqarıstan prezidenti, Rumen Radev ilə görüşdü. Bu barədə məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.

Görüşdə Bolqarıstan prezidenti Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı dəstəyini bir daha ifadə etdi və qeyd etdi ki, Bolqarıstan Gürcüstanın etimadlı partyor ölkəsidir.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Gürcüstan NATO və Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi istiqaməti ilə Bolqarıstanla fəal əməkdaşlıq edir.

Gürcüstan prezidenti işçi səfərlə Polşa Respublikasındadır. Gürcüstan prezidenti, Salome Zurabişvili bu gün Varşavada Ukrayna prezidenti, Vladimer Zelenski ilə görüşdü.

Salome Zurabişvili Varşavada, müxtəlif ölkənin liderləri ilə birlikdə, İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Salome Zurabişvili Polşa Respublikasının Senatında planlaşdırılmış “Gürcüstandan 50 qadın” adlı sərgidə nitqlə çıxış edəcək. Bundan başqa, Salome Zurabişvili nitqlə “Siyasətdə qadınların rolu” adlı konfrasda çıxış edəcək.