Rusiyada son 24 saat ərzində koronavirus 7 729 insanda təsdiq olundu, 109 pasiyent vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirus 7 729 insanda təsdiq olundu, 109 pasiyent vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirus 7 729 insanda təsdiq olundu. Epidemiyanın başlamasından bu günə qədər “COVID-19” cəmi 584 680 insanda müəyyən edildi.

Hazırda xəstəxanalarda 236 858 insan müalicəsini davam etdirir.

Son bir gün ərzində 109 insan virusdan vəfat etdi. Cəmi 8 111 pasiyent dünyasını dəyişib.