Rusiyada bəyan edirlər ki, Türkiyə və Suriyə arasında qarşıdurmanın yaranmasına imkan verməyəcəklər
Rusiyada bəyan edirlər ki, Türkiyə və Suriyə arasında qarşıdurmanın yaranmasına imkan verməyəcəklər

Rusiyanın Suriyədəki xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edir ki, Rusiya, Türkiyə və Suriyə silahlı qüvvələri arasında qarşıdurmanın baş verməsinə imkan verməyəcək.

“Bu bizim üçün qeyri-məqbuldur və buna imkan verməyəcəyik” – dedi Aleksandr Lavrentyev.

Birləşmiş Ərəb Emirliklərinə rəsmi səfərlə gedən Lavrenyev Türkiyə tərəfindən qonşu ölkəsi olan Suriyədə başladılan hərbi əməliyyatı tənqid etdi.

Bununla yanaşı, rus diplomatı bəyan etdi ki, türk və Suriyəli rəsmi şəxlər bir-biri ilə əlaqə saxlayırlar ki, aralarında anlaşmazlıq və qarşıdurma baş verməsin.

Rusiya Müdafiyə Nazirliyində isə, bəyan eidrlər ki, rus əsgərləri Türkiyə və Suriyə əsgərləri arasındaki “sərhəd xəttində” patrul edirlər.