Rusiya son 30 il ərzində ən miqyaslı hərbi təlimlərini keçirir
Rusiya son 30 il ərzində ən miqyaslı hərbi təlimlərini keçirir

Rusiya son 30 il ərzində ən miqyaslı hərbi təlimlərini keçirir. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayır.

Hərbi təlimlər işğal olunmuş Sxinvali və Abxaziya bölgələrində də, həmçinin Ermənistanda da keçirilir.

Rusiya tərəfindən yayılan məlumata görə, təlimlərdə 8,5 min hərbi xidmətçi və 2 000 ədəd ağır texnika iştirak edəcək.

Təlimlərə Rusiyanən 58-ci və 49-cu ordusu, Qara dəniz donanması, hərbi hava qüvvələrinin dördüncü ordusu və xüsusi təyinatlı qüvvələr qoşulublar.