Rouz Qotemiuller Giorgi Qaxariyaya - NATO Gürcüstanda keçirilən demokratik islahatları dəstəkləyir
Rouz Qotemiuller Giorgi Qaxariyaya - NATO Gürcüstanda keçirilən demokratik islahatları dəstəkləyir

NATO Gürcüstanda keçirilən demokratik islahatları dəstəkləyir, – bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxariya və NATO-nun baş katibinin müavini Rouz Qotemiullerin görüşündə qeyd olundu.

NATO-Gürcüstan əməkdaşlığı gündəminin bütün mühüm məsələlərinə, bölgə təhlükəsizliyi baxımından mövcud çağırışlara diqqət yetirildi.

Demokratik institutların gücləndirilməsi və ədalət baxımından atılmış addımlar müsbət dəyərləndirildi.

Baş nazir NATO-ya Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinə görə minnətdarlığını bildirdi.

 

Şərh yaz