Qiqi Uqulava - piket, güclü aksiya olacaq və paralel olaraq danışıqlar da davam edəcək
Qiqi Uqulava - piket, güclü aksiya olacaq və paralel olaraq danışıqlar da davam edəcək

“Avropa Gürcüstanı” partiyasının üzvü, Qiqi Uqulavanın bəyan etdiyinə görə, müxalifət tərəfindən güclü aksiyalar, piketləşdirmə davam edəcək və paralel olaraq seçki sistemi barəsində danışıqlar da keçiriləcək.

“Təbiidir ki, piket də olacaq, aksiya da olacaq, güclü və böyük aksiya da olacaq və yekunda paralel olaraq, danışıqlar davam etdiriləcək. Onların cavabı tamamilə qanunsuzdur – bu aksiyanın dağıdılması, həbslərdir.

Gürcü xalqı İvanişvilinin nə istədiyini bilməlidir. İvanişvili istəyir hər 10 insandan 3-ü, yəni 30 faizi onu dəstəkləsin və hakimiyyətə nəzarət etsin. Mən sual verirəm – bu məntiqidirmi? yox. Bu ədalətlidirmi? yox. Bu normaldırmi? yox. Müvafiq olaraq biz düşünməliyik ki, xalq nə istəyir. Biz dəfələrlə eşitdik ki, danışıqlar olmayacaq. Lakin sonunda danışıqlara özləri razılaşdılar. Bundan irəli gələrək, çoxdandır ki, onların sözünün dəyəri yoxdur”, – Qiqi Uqulava qeyd etdi.

Şərh yaz