Polşa vətəndaşları ABŞ-a bu gündən vizasız səfər edə bilərlər
Polşa vətəndaşları ABŞ-a bu gündən vizasız səfər edə bilərlər

Polşa vətəndaşları ABŞ-a bu gündən vizasız səfər edə bilərlər. Polşa mediasının yaydığı məlumata görə, Polşanı noyabrın 11-dən ABŞ-a 90 gün ərzində vizasız gedən ölkələr siyahısına daxil edəcəklər.

Müvafiq qərar barəsində rəsmi bəyanatı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sədri, Kevin Maklinan verdi. Onun dediyinə görə, bu gündən Polşa vətəndaşlarına 90 gün müddəti ilə turizm və biznes vizaları lazım gəlməyəcək.

Rəmzidir ki, bu qərarı Polşanın Müstəqilliyi Gününə təsadüf etdilər.