Patrul Departamentinə ABŞ sürət ölçən əl radarları hədiyyə etdi

Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinə Amerika Birləşmiş Ştatlarının Dövlət Anti-narkotik və Hüquqmühafizə Orqanları ilə Əlaqələr Bürosu (INL) sürət ölçən 9 əl radarı hədiyyə etdi.

Daxili İşlər Nazirliyinin məlumatına görə, radarların efektiv çalışması üçün amerikalı instruktorlar patrul polisinin 18 əməkdaşına teoriya və praktikayı əhatə edən 4 günlük treninq keçirdilər.

Əl radarlarından, “ağıllı” video-kameraların olmadığı və  avtoqəza risklərinin yüksək olduğu ərazilərdə istifadə ediləcək.

Radarların istifadəsinin məqsədi avtoqəza hallarının prevensiyası və yol hərəkatının təhlükəsizliyinin artırılmasıdır.