Parlament hökumətin yeni tərkibinə etimadını bu gün bəyan edəcək
Parlament hökumətin yeni tərkibinə etimadını bu gün bəyan edəcək

Gürcüstan Parlamentində bu gün növbədən kənar sessiyanın plenar iclası keçiriləcək. Burada deputatlar hökumətin yeni tərkibinə və hökumət proqramına etimadlarını bəyan edəcəklər.

Giorgi Qaxariyanın kabinetində yalnız bir yeni nazir olacaq. Ədliyyə naziri vəzifəsinə Qoça Lortkipanidze təqdim olunub.

Bununla yanaşı istisna deyil ki, hökumətdə struktur dəyişikliyi həyata keçirilsin və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən mədəniyyət istiqaməti yenə ayrıca ayrılsın.

“Avropa dövləti quruculuğu üçün” dövlət proqramına gəldikdə, onun əsas hissəsi pandemiyaya qarşı mübarizəyə ayrılır.

Etimadın alınması üçün hökumətin tərkibinə 76 deputatın dəstəyi lazımdır.