Pakistanda məsciddə baş verən partlayış zamanı iki nəfər həlak oldu
Pakistanda məsciddə baş verən partlayış zamanı iki nəfər həlak oldu

Pakistanın Kveta şəhərində, məsciddə baş verən partlayış zamanı iki nəfər həlak oldu.

Yayılan məlumata görə, 12 nəfər ağır yaralandı.

Yaralılardan üçünün sağlamlıq vəziyyəti xüsusi ilə ağırdır.

Partlayış məsciddə cümə namazından sonra baş verdi. Namaz zamanı məsciddə 40 nəfər var idi.

Partlayıcı qurğu imamın durduğu yerə yaxın yerləşdirilmişdi.

Pakistanın “Dünya nyus” nəşriyyatı yerli polisə istinadən yazır ki, partlayıcı qurğu qartof torbasının içində idi.

Teraktla bağlı heç bir terorist təşkilatı məsuliyyəti üzərinə götürməyib.