Otar Daneliya - hökumət dəyişiklikləri ilə bağlı müzakirə olmayıb, söhbət statistik göstəricilər barəsində idi
Otar Daneliya - hökumət dəyişiklikləri ilə bağlı müzakirə olmayıb, söhbət statistik göstəricilər barəsində idi

Çoxluğun görüşündə hökumət dəyişiklikləri ilə bağlı müzakirə olmayıb, – bu barədə çoxluğun deputatı, Otar Daneliya, “Gürcü Arzusu” ofisində baş nazir və çoxluq arasında görüşdən sonra bəyan etdi.

Onun dediyinə görə, ən başlıca söhbət, tədqiqat nəticəsində dərc olunan statistik göstəricilər barəsində idi.

“İlk növbədə, söhbət dərc olunan statistik göstəricilər barəsində idi. Hökumət dəyişiklikləri ilə bağlı müzakirə olmayıb”,  –  Otar Daneliya bəyan etdi.

Deputat, nazirlər kabinetində dəyişikliklərin nə qədər lazım olduöu barəsində mövqenin qeyd olunmasından tərəddüd etdi.

“Gürcü Arzusu” ofisində görüş az öncə başa çatdı.

Gün ərzində məlumat yayılırdı ki, baş nazir və çoxluq arasında görüşdə, hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılır.