Nato Çxeidze - indi nə baş versə də, "İberiaya" hücum deyə bilmərəm, hücum 2004-cü ildə idi
Nato Çxeidze - indi nə baş versə də, "İberiaya" hücum deyə bilmərəm, hücum 2004-cü ildə idi

“Vətənpərvərlər” parlament fraksiyasının üzvü, Nato Çxeidze baş nazir, Giorgi Kvirikaşvilinin bəyanatına əks səda verir və qeyd edir ki, media vasitəsi ilə şantajın istənilə cəhdi istisna olunur.

Nato Çxeidzenin jurnalistlərə bəyan etdiyinə görə, “İberia” müstəqil və azad televiziyadır, hadisələri faktlara istinad edərək işıqlandırır və cari prosseslərə qarşı öz münasibətləri var.

Onun məlumatına görə, “Omega” qrupu ətrafında inkişaf edən hadisələr barəsində parlamentin sahə komitəsinin, eləcə də hökumət və məhkəmənin məlumatı var.

“”Omega” qrupuna bir çox şirkət daxildir. “Omega” 20 ildən artıqdır ki, uğurlu şirkətdir və bir çox insanı işlə təmin edib. Parlamentin sahə komitəsinin, eləcə də hökumət və məhkəmənin məlumatı var”, – Çxeidze bəyan etdi.

Deputat qeyd edir ki, indi baş verənləri “Omegaya” qarşı hücum adlandıra bilməz.

“Şantaj yolverilməzdir. “İberia” və başqa teleşirkətlər müstəqildilər və onlar siyasi və ya iqtisadi təsir üçün istifadıə olunmurlar. Media vasitəsinin istənilən şantaj cəhdi tamamilə istisna olunur. Medianın özünün işi var. Hökumətin özünün və parlamentin özünün. Əgər hamı öz işini yaxşı yerinə yetirsə, bu yalnəz bizim gələcəyimizə yarayacaq. İndi nə baş versə də, “İberiaya” hücum deyə bilmərəm, hücum 2004-cü ildə idi”, – Nato Çxeidze qeyd etdi.