Mixail Saakaşvili - Putin İvanişviliyə dedi, əgər NATO-ya rədd cavabı verməsən, qondarma Cənubi Osetiyanı işğal edəcəm, o, isə müdafiə nazirini istefaya göndərdi, Rusiya xarici kəşfiyyatının agentini baş nazir təyin etdi

Vladimir Putin İvanişviliyə dedi, əgər NATO və Avropa İttifaqına rədd cavabı verməsən, qondarma Cənubi Osetiyanı işğal edəcəm, – bu barədə Gürcüstanın keçmiş prezidenti, Mixeail Saakaşvili Ukraynada gənclərlə görüşü zamanı bəyan etdi.

“Gürcüstan çox ağır vəziyyətdədir. Vladimir Putin bir ay bundan əvvəl İvanişviliyə dedi, əgər neytral statusu bəyan etməsən, NATO və Avropa İttifaqına rədd cavabı verməsən, dekabrın 31-nə qədər qondarma Cənubi Osetiyanı işğal edəcəm. İvanişvili bu barədə sizə danışmır, çünki ümumiyyətlə düşünmür ki, sizin qarşınızda öhdəlik daşıyır. O, müdafiə nazirini istefaya göndərdi, Rusiya xarici kəşfiyyatının agentini baş nazir təyin etdi” – Saakaşvili bəyan etdi.

Şərh yaz