Martın birindən gömrükçülərin maaşı artacaq
Martın birindən gömrükçülərin maaşı artacaq

Qərar verildi ki, cari ilin martın 1-dən gömrükçülərin maaşları artırılsın, – bu barədə bəyanatı Gürcüstanın Maliyyə Naziri İvane Maçavariani verdi.

Maçavariani Potidə keçirilən beynəlxalq gömrük gününə həsr olunan tədbirə Davosdan səsləndi və gəlirlər xidmətinin əməkdaşlarına Davosdan müraciət etdi.

Nazir gömrük-ofiserlərini beynəlxalq gün ilə təbrik etdi və onlara müvaffəqiyyətlər arzuladı.

“Dəfələrlə söz etdiyimiz islahatlar haqqında danışmayacam, sadəcə bildirmək istəyirəm ki, qərar verdik ki, cari ilin martın 1-dən bütün gömrük xidmətçilərinin maaşlarını artacaq. Onlara etdiyi əmək üçün təşəkkür edirəm. Onların əməyinin ölkənin iqtisadi inkişafı üçün xüsusi yeri var” – dedi nazir Maçavariani.

Gürcüstanın Maliyyə Nazirliyinin gəlirlər xidməti beynəlxalq gömrükçülər gününü Potinin iqtisadi zonasında qeyd etdi.

Tədbiri Maliyyə Nazirliyinin Gəlirlər Xidmtinin rəhbəri Levan Kakava açdı.