Mamuka Baxtadze və Nikol Paşinyan ölkələr arasında yük dövriyyəsinin milyard dollara qədər artırılmasına razılaşdılar
Mamuka Baxtadze və Nikol Paşinyan ölkələr arasında yük dövriyyəsinin milyard dollara qədər artırılmasına razılaşdılar

Gürcüstan-Ermənistan yük dövriyyəsi 1 milyard ABŞ dollarına qədər artırılmalıdır, – bu barədə görüşdən sonra Gürcüstan və Ermənistan baş nazirləri bəyan etdilər.

Nikol Paşinyan bəyan etd ki, bu barədə Mamuka Baxtadze ilə görüşü zamanı razılaşdı. Gürcüstanın  baş nazirinin dediyinə görə, konkret fəaliyyət planı üzrə iki ölkənin hökumətlərarası komissiyası işləyəcək. Onların görüşü də güman edildiyinə görə, payızın sonunda baş tutacaq.

Ticarət, iqtisadiyyat, turizm, innovasiya və təhsil sahəsində əməkdaşlıq, bu məsələləri iki ölkənin baş naziri və nümayədə heyətinin üzvləri görüş zamanı müzakirə etdilər.

Mamuka Baxtadze Nikol Paşinyana ev sahibliyi üçün minnətdarlığını bildirdi.