Mamuka Baxtadze - Seçkilərin tarixini qanun müəyyən edəcək və yersiz siyasi spektakllar qoymaq lazım deyil
Mamuka Baxtadze - Seçkilərin tarixini qanun müəyyən edəcək və yersiz siyasi spektakllar qoymaq lazım deyil

Seçkilərin ikinci turunun tarixini Mərkəzi Seçki Komisiyası və qanun müəyyən edəcək, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə verdi.

Baxtadzenin bəyanatına görə, yersiz siyasi spektakllar qoymaq lazım deyil.

Xatırladaq ki, MSK-nın sədri Tamar Jvania dünən yekunlaşdırıcı aktı imzaladı və prezident seçkilərinin ikinci turunun noyabrın 28-də keçiriləcəyi barədə qərar qəbul etdi.