Londonda NATO-nun bu gün yubiley tədbirləri açılacaq
Londonda NATO-nun bu gün yubiley tədbirləri açılacaq

London NATO-nun yubiley tədbirlərinin qeyd olunmasına hazırlaşır. Şimali Atlantik Aliyansının təsis olunmasından 70 il keçib. Hərbi blokun 29 üzv ölkəsinin dövlət başçısı, hökumət rəhbəri və hərbi liderləri rəmzi olaraq İngiltərənin paytaxtında toplaşacaqlar, çünki NATO-nun ilk baş ofisi məhz Londonda yerləşmişdi.

NATO-nun üzvləri dekabrın 4-də, liderlərin görüşündə Aliyansın nailiyyətləri, gələcəyin çağırışları və imkanları, o cümlədən təşkilatın maliyyələşdirilməsi qaydası barəsində müzakirələr aparacaqlar. Toplantıya Yens Stoltenberq rəhbərlik edəcək.

4 dekabrın liderlərin görüşünə qədər, bu gün NATO-nun Xalq Diplomatiyası Forumu keçiriləcək və burada NATO-nun üzv ölkələri ilə birlikdə, Gürcüstan da iştirak edəcək.

“Baltik Dənizindən Qara Dənizə qədər” adlı disskusiyada Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Ukraynalı həmkarı, Litva və Estoniya Müdafiə nazirləri ilə birlikdə iştirak edəcək.

NATO-nun Xalq Diplomatiyası Forumunda Polşanın prezidenti, Kanadanın baş naziri, Norveç, Hollandiya və Şimali Makedoniyanın baş nazirləri, Britaniyanın Müdafiə katibi və NATO-nun baş katibi iştirak edirlər.

NATO-da Gürcüstanın səfiri, Aleksandre Maysuradzenin dediyinə görə, Londonda görüşdə əsas diqqət müdafiə xərclərinə yetiriləcək.

Şərh yaz