Latviya Xarici İşlər naziri - Tbilisiyə səfərlə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyəcəyik
Latviya Xarici İşlər naziri - Tbilisiyə səfərlə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyəcəyik

Latviya Xarici İşlər naziri Tbilisiyə səfəri barəsində Twitter-də yazır. Edqars Rinkeviçsin dediyinə görə, o, Polşalı və Litvalı həmkarları ilə birlikdə Tbilisiyə Varşavadan gələcək ki, Rusiya-Gürcüstan müharibəsinin 10 illiyi ilə bağlı gürcü xalqına həmrəyliyini bəyan etsin.

“Varşavaya gedirəm, buradan da Polşa və Litvalı həmkarlarımla birlikdə Tbilisiyə gedəcəm. Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilən təcavüzün 10 illiyində, biz Gürcüstana həmrəyliyimizi bəyan edəcəyik və ərazi bütövlüyünü dəstəkləyəcəyik”, – Latviyalı diplomat yazır.

6-7 avqustda, Rusiya-Gürcüstanın 2008-ci ilin müharibəsinin 10 illiyi ilə bağlı, Tbilisiyə Polşa Xarici İşlər naziri Yatsek Çaputoviç, Litva Xarici İşlər naziri Linas Antanas Linkeviçus, Latviya Xarici İşlər naziri Edqars Rinkeviçs və Ukrayna baş nazir müavini Pavlo Rozenko Tbilisiyə gələcək.