Konqressmen Adam Kinzinqer - Gürcüstan və Ukraynanın suverenliyinin təmin edilməsi Avropa və Amerika üçün əhəmiyyətlidir
Konqressmen Adam Kinzinqer - Gürcüstan və Ukraynanın suverenliyinin təmin edilməsi Avropa və Amerika üçün əhəmiyyətlidir

ABŞ Nümayəndələr Palatasında xarici əlaqələr komitəsində “Undermining Democracy: Kremlin Tools of Malign Political Influence” adlı mövzunun dinlənilməsi keçirildi.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dinləməyə dəvət olunan qonaqlar və konqressmenlər Rusiyanın hərəkətlərini, o cümlədən Gürcüstan və Ukraynanın işğalını pislədilər.

“İnanmıram, bu otaqda olanlardan kimsə inkar edə ki, Vladimir Putinin rəhbərliyi ilə, Rusiya dünyada destabilizasiyanın faktorudur. Rusiya müəyyən alətlər inkişaf etdirdi ki, dünyanın demokratik ölkələrinə təziq göstərsin və onun istifadəsi arzusunda olduğunu göstərdi. Rusiya və Gürcüstan arasında müharibə 2008-ci ildə başladı. Ona qədər Rusiya Gürcüstanda Rusiya passportlarının paylanılmasını intervensiya səbəbi kimi istifadə etdi. Ukrayna və Gürcüstan müstəqilliyin əldə edilməsi günündən Amerikanın etibarlı müttəfiqləridir. Onların suverenliyinin təmin edilməsi Avropa və Amerika üçün əhəmiyyətlidir”, – Adam Kinzinqer bəyan etdi.