Con Bolton - İnkişaf etmiş və demokratik Gürcüstan bütün region üçün güclü nümunədir
Con Bolton - İnkişaf etmiş və demokratik Gürcüstan bütün region üçün güclü nümunədir

ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton, Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüş zamanı Gürcüstan və ABŞ arasındaki münasibətlərə həmrəyliyini təsdiqlədi.

Bu barədə bəyanatı Con Bolton görüşdən sonra sosiyal şəbəkədə yazdı.

“Bugün Gürcüstanın baş naziri ilə ona görə görüşdüm ki, Gürcüstan və ABŞ münasibətlərinə həmrəy olduğumuzu təsdiqləyək. Firəvan və demokratik Gürcüstan bütün region üçün güclü nümunədir” – yazır Con Bolton öz “Tvitter hesabında”.

Xatırladaq ki, Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Amerikaya işgüzar səfəri ABŞ prezidentinin müşaviri Con Boltonla görüşlə başladı.