İstanbulda çeçenlər və gürcülər arasındaki silahlı qarşıdurma ilə bağlı üç nəfər həbs edildi
İstanbulda çeçenlər və gürcülər arasındaki silahlı qarşıdurma ilə bağlı üç nəfər həbs edildi

İstanbulda çeçenlər və gürcülər arasında baş verən  silahlı qarşıdurma ilə bağlı üç nəfər həbs edildi.

Bu haqda məlumatı türk medyası yayır.

Video-kameraların yazılarının öyrəniməsindən sonra, məlum oldu ki, şübhəlilər hadisə yerindən mikroavtobusla qaçıblar.

İstanbulda çeçenlər və gürcülər arasında baş verən silahlı qarşıdurma zamanı Azərbaycan və Çeçenistan vətəndaşları həlak olublar.

Yayılan məlumata görə, gürcü və çeçen qruplaşmaları arasında qarşıdurma İstanbulun Başakşehir rayonunda baş verib.

Hadisə nəticəsində iki nəfər həlak olub, ikisi isə, ağır yaralanıb.

Qarşıdurmanın səbəbi isə, daşınmaz əmlakın satışından alınan gəlir adlandırılır.