İşğal edilən ərazilərdə mövcud olan vəziyyətlə bağlı Davit Zalkaniani və Federika Mogerini arsında telefon söhbəti aparıldı
İşğal edilən ərazilərdə mövcud olan vəziyyətlə bağlı Davit Zalkaniani və Federika Mogerini arsında telefon söhbəti aparıldı

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Avropa ittifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə telefonla danışdı.

Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon söhbəti zamanı tərəflər Gürcüstanın işğal altında olan ərazilərində mövcud olan vəziyyəti müzakirə etdilər.

Xüsusi diqqət isə, insan hüquqlarının qorunması baxımından mövcud olan ağır vəziyyətə yetirildi.

Xarici İşlər Naziri Federika Mogeriniyə baş verən son hadisələrlə bağlı detallı məlumat verdi.

Bununla yanaşı, Avropa İttifaqının Ali Nümayəndəsi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini yenə bir daha təsdiqlədi.

Şərh yaz