İranda koronavirusa qarşı vaksinasiya prosesi başladı
İranda koronavirusa qarşı vaksinasiya prosesi başladı

İranda “Sputnik” adlı ilk rus vaksinası ölkənin Səhiyyə Nazirinin uşağına vuruldu.

Bu haqda məlumatı İranın dövlət televiziyası yayır.

İran medyasının məlumatına görə, bugündən etibarən, koronavirusa qarşı vaksinasiya ölkənin bir neçə regionunda və Tehranda başlayır.

Səhiyyə Nazirliyində bəyan edirlər ki, vaksinasiya əhali üçün pulsuz olacaq.

İlk mərhələdə tibbi personal vaksinasiya olunacaq, sonra isə, 65-yaşdan yuxarı olan vətəndaşlar.