İrakli Zarkua - Giorgi Qaxariyanın qərarı biraz anlaşılmaz idi və ürəyimizi qırdı
İrakli Zarkua - Giorgi Qaxariyanın qərarı biraz anlaşılmaz idi və ürəyimizi qırdı

Qaxariyaya təşəkkürümü bildirmək istəyirəm. O, ölkəmiz üçün ən fəqrlənən və layiqli baş nazirlərdən idi. Bir çox çağırışların qarşısından layiqincə gələ bildi. Halbuki, bu çağırışları pandemiya daha da gərginləşdirdi. Buna baxmayaraq, həqiqətən təşəkkürümüzü bildirməliyik, hər şeyi onun üçün etdi ki, daha yaxşı ölkəmiz olsun, – bu barədə Parlament çoxluğunun üzvü, İrakli Zarkua bəyan etdi.

“Onun qərarına gəldikdə, şəxsən mənim üçün, eləcə də çoxluğun üzvləi üçün, biraz anlaşılmaz idi və ürəyimizi qırdı. Halbuki, bir mənalı olaraq qeyd etmək istəyirəm ki, ədalət bu ölkədə olmalıdır, hamı razılaşırıq. Hamı razılaşırdıq, o cümlədən çoxluğun iclasında. Halbuki, görünür məhkəmənin qərarının icrası müddətləri ilə münasibətdə fərqli mövqelər var idi. Komanda hesab edirik ki, məhkəmə hökmü olanda, yerinə yetirilməlidir. Başqa cür hüquqi dövləti qura bilmərik. Mənim məlumatın yoxdur ki, cənab Qaxariya partiyanı tərk edir. Bu mövzü mükirə belə olunmayıb və deyilməyib. Bilmirəm, bir şey olsa özü də dəqiqləşdirilmiş bəyanat verərdi”, – Zarkua qeyd etdi.

Gürcüstanın baş naziri, Giorgi Qaxariya istefa verdi. Bu barədə Giorgi Qaxariya hökumətin administrasiyasında keçirilən fövqəladə brifinqdə bəyan etdi.