İrakli Ğaribaşvili Azərbaycan səfiri ilə görüşdü
İrakli Ğaribaşvili Azərbaycan səfiri ilə görüşdü

Gürcüstan Müdafiə naziri, İrakli Ğaribaşvili Azrəbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Faiq Quliyev ilə tanışlıq xarakterli görüş keçirdi. Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.

İdarənin məlumatına görə, İrakli Ğaribaşvili Azərbaycanlı diplomatı səfir təyin olunmsı münasibətilə təbrik etdi və uğurlar azruladı.

“Görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud dost və strateji partnyorluğa xüsusi diqqət yetirdi. Tərəflər Müdafiə Nazirlikləri arasında əməkdaşlığın pozitiv dinamikasını müzakirə etdilər. Söhbət həmçinin, müdafiə sahəsində əməkdaşlıq barəsində razılaşma sənədinin imzalanamasına və müdafiə təhsili sahəsində əlaqələrin əhəmiyyətinə aid oldu. Görüşün sonunda Müdafiə naziri Azərbaycanlı həmkarına Tbilisidə ev sahibliyi edəcəyinə ümid etdiyini ifadə etdi”, – Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Şərh yaz