İrakli Ğaribaşvili Azərbaycan Respublikasının səfiri ilə vida görüşünü keçirdi
İrakli Ğaribaşvili Azərbaycan Respublikasının səfiri ilə vida görüşünü keçirdi

Gürcüstan Müdafiə naziri, İrakli Ğaribaşvili Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Dursun Həsənov ilə vida görüşünü keçirdi. Səfir Gürcüstanda diplomatik missiyasını başa çatdırır.

Gürcüstan Müdafiə Nazirliyinin mətbuat mərkəzinin məlumatına görə, görüşdə tərəflər fəaliyyəti cəmləşdirdilər və Gürcüstan-Azərbaycanın yeni gündəmi barəsində müzakirə apardılar. Görüşdə Gürcüstan və Azərbaycanda mövcud olan epidemioloji durumu, cavab olaraq həyata keçirilən təbirləri, iki ölkə arasında müdafiə sahələrdə olan əməkdaşlığın əsas istiqamətlərini və bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdilər.

Müdafiə naziri və Azərbaycan səfiri, Gürcüstan və Azərbaycan arasında mövcud olan dost qonşuluq ələqələrinə, strateji partnyorluğa xüsusi diqqət yetirdilər.

Görüşün sonunda İrakli Ğaribaşvili Dursun Həsənova gələcək diplomatik xidmətində uğurlar arzuladı.