İkinci İliya Azərbaycan səfiri ilə görüşdü
İkinci İliya Azərbaycan səfiri ilə görüşdü

Bütün Gürcüstanın Katalikos-Patriarxı, İkinci İliya Azərbaycanın Gürcüstandakı səfiri, Faiq Quliyev ilə görüşdü. Məlumatı Gürcüstan Patriarxlığı yayır.

Gürcüstan kilsəsi tərəfindən görüşdə Ata Şio, Ata Teodore, Katalikos-Patriarxın katibi, Mikael Botkoveli və Patriarxlığın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andriya Cağmaიdze iştirak edirdilər.

“Səfir Pak və Müqəddəsə qəbulu üçün, həmçinin yayılmış bəyanatlar və sülhə doğru müraciətləri üçün minnətdarlığını bildirdi.

Katalikos-Patriarx cənab Faiqi səfir fəaliyyətinə başlaması münasibətilə təbrik etdi və döyüş əməliyyatlarına görə, kədərləndiyini bir daha ifadə etdi. Sonunda əlavə etdi: “ədalətdən dəyərli heçnə yoxdur; onu axtarmalıyıq; ədalətə qədər yol isə, addım-addım gedilməlidir”, – Patriarxlığın bəyanatında deyilir.

Bütün Gürcüstanın Katalikos-Patriarxı, İkinci İliya dünən Ermənistan səfiri, Ruben Sadoyan ilə görüşdü.

 

Şərh yaz