İctimai Yayımçının İcraçı Şurası Gürcüstan Prezidentinə cavab verir
İctimai Yayımçının İcraçı Şurası Gürcüstan Prezidentinə cavab verir

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, yayımçı haqqında qanuna dəyişikliklərin edilməsində maraqlı olan tərəflərin nümayəndələri ilə görüşmək arzusunda olduğunu bildirdi.

İctimai Yayımçının İcraçı Şurası hazırdır ki, şəxsən prezident ilə görüşsün və Yayımçının mövqe və arqumentlərini təffərruatı ilə tanış etsin ki, Giorgi Marqvelaşvili qanunverici dəyişikliklər haqqında məlumatlandırılmış olsun.

Qanunlayihəsinin hazırlanması və parlament müzakirələri zamanı, biz də maraqlanan bütün insanlar və ya qruplarla görüşürdük və mövqeyimizi izah edirdik. Biz prezidentin maraqlanmasını alqışlayırıq və hazırıq ki, onunla bizim problemlər, çağırışlar və yayımçının gücləndirilməsi yolları haqqında söhbət edək. Bu cür görüşdən sonra, əgər cənab prezidentin yenə sualları qalarsa, biz hazır olacağıq ki, görüşün başqa formatı haqqında söhbət edək.

Ona qədər bizim üçün başqa qarışıq görüş qəbuledilməzdir. Çünki bizim fikirimizcə, bu cür format məsələyə aydınlıq gətirilməsi imkanını vermir və nəticə üçün yalnız ziyan verən ola bilər. Müəyyən qruplar çalışırlar ki, qanunun müəyyən maddələrini qəsdən yanlış açıqlasınlar və qanunu eybəcərləşdirsinlər, buna görə də bizim üçün onlarla mübahisəyə girməyi məqsədyönlü hüsab etmirik.

Qanunvercilik dəyişiklikləri bilavasitə İctimai Yayımçıya aid olduğuna görə, hesab edirik ki, Giorgi Marqvelaşvili biz təklif etdiyimiz format ilə razılaşacaq.

Hörmətlə,

İctimai Yayımçının İcraçı Şurası

“Yayımlar haqqında” qanuna dəyiçikliklərin edilməsi haqqda maraqlı olan tərəflərlə görüş haqqında Gürcüstan prezidentinin parlament katibinin, Ana Dolidzenin bəyanatını Gürcüstan prezidentinin mətbuat xidməti bu gün yaydı.