Hökumətin sərəncamı ilə, 25 avqust Gürcüstanda matəm günü olaraq elan edildi
Hökumətin sərəncamı ilə, 25 avqust Gürcüstanda matəm günü olaraq elan edildi

Şatili yolunda baş verən faciə zamanı vəfat edənlərin xatirəsinə hörmət əlaməti olaraq, 25 avqust Gürcüstanda matəm günü olaraq elan edildi. Məlumatı hökumətin mətbuat xidməti yayır.

Elə onların məlumatına görə, müvafiq sərəncamı baş nazir, Giorgi Qaxariya bu gün imzaladı.

Sərəncama əsasən, matəm günü ilə bağlı, bütün Gürcüstan ərazisində, inzibati binalarda dövlət bayraqları endiriləcək.

Duşeti munisipalitetinin, Şatili yolunda yol qəzası nəticəsində 17 insan vəfat etdi. Üç insan xəsarət aldı. Həkimlərin bəyan etdiyinə görə, onların sağlamlıq vəziyyətdi çox ağırdır.