Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq həmdostluğu, Əsəd rejiminin qeyri qanuni qərarına müvafiq dəyərləndirmənin verilməsinə çağırır
Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq həmdostluğu, Əsəd rejiminin qeyri qanuni qərarına müvafiq dəyərləndirmənin verilməsinə çağırır

Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq həmdostluğu, Əsəd rejiminin Rusiya Federasiyası tərəfindən manipulyasiya nəticəsində qəbul etdiyi qeyri qanuni qərarına müvafiq dəyərləndirmənin verilməsinə və qeyd olunan hərəkətlərə qarşı tədbirlərin görülməsinə çağırır, – bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini, David Dondua bu gün keçirilən brifinqdə bəyan etdi.

Donduanın bəyan etdiyinə görə, Suriya rejimi, Rusiya Federasiyası tərəfindən manipulyasiya nəticəsində daha bir qeyri qanuni qəbul etdi və beynəlxalq fundamental norma və prinsiplərin kobud şəkildə pozulması ilə Gürcüstanın ayrılmaz bölgələrinin – Abxaziya və Cənubi Osetiyanın üzdəniraq müstəqilliyini tanıdı.

Onun dediyinə görə, beynəlxalq həmdostluq Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və işğal olunmuş ərazilərin tanınmaması siyasətini dəstələyir.

“Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq həmdostluğu, Əsəd rejiminin Rusiya Federasiyası tərəfindən manipulyasiya nəticəsində qəbul etdiyi qeyri qanuni qərarına müvafiq dəyərləndirmənin verilməsinə və qeyd olunan hərəkətlərə qarşı tədbirlərin görülməsinə çağırır”, – Dondua bəyan etdi.

Şərh yaz