Gürcüstanın baş naziri bir neçə qubernatoru vəzifəsindən azad etdi
Gürcüstanın baş naziri bir neçə qubernatoru vəzifəsindən azad etdi

Gürcüstanın baş naziri bir neçə qubernatoru vəzifəsindən azad etdi.

Vəzifələrini Şida-Kartli regionunun qubernatoru Akaki Maçutadze, Mtsxeta-Mtianeti regionunun qubernatoru Levan Zautaşvili, Sameqrelo-Zemo Svaneti qubernatoru Levan Şonia, Kvemo-Kartli qubernatoru Qriqol Nemsadze və Samtsxe-Cavaxeti regionun qubernatoru Kaxa Samxaradze tərk etməli oldular.

Vəzifələrində Kaxeti regionun qubernatoru İrakli Kadagişvili, Raça-Leçxumi-Kvemo Svaneti qubernatoru Arçil Caparidze və Quriya regionun qubernatoru Merab Çanukvadze qaldılar.

Mamuka Baxtadzenin dediyinə görə, regionlar üçün yeni qubernatorları yaxın günlərdə təqdim edəcək.