Gürcüstanda koronavirusun yeddi yeni halı aşkar edildi
Gürcüstanda koronavirusun yeddi yeni halı aşkar edildi

Gürcüstanda koronavirusun yeddi yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 436  halı təsdiq olunub. Buradan 1 150 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 19 pasiyent vəfat edib.

Karantin rejimində 6 018 vətəndaş, stasionarda müşahində altında 249 vətəndaşdır.