Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı, üç pasiyent sağaldı
Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı, üç pasiyent sağaldı

Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 182 halı təsdiq olunub. Buradan 962 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib.

Karantin rejimində 7 007 vətəndaş, stasionarda müşahində altında 280 vətəndaşdır.