Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı, üç pasiyent isə, sağaldı
Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı, üç pasiyent isə, sağaldı

Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 951 halı təsdiq olunub. Buradan 828 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 15 pasiyent həlak olub.

Karantin rejimində 3 569 vətəndaş, stasionarda müşahində altında 199 vətəndaşdır.