Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı, altı pasiyent isə, sağaldı
Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı, altı pasiyent isə, sağaldı

Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 908 halı təsdiq olunub. Buradan 761 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 14 pasiyent həlak olub.

Karantin rejimində 2 710 vətəndaş, stasionarda müşahində altında 269 vətəndaşdır.