Gürcüstanda koronavirusun 4 426 yeni halı qeydə alındı, 3 721 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 4 426 yeni halı qeydə alındı, 3 721 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 4 426 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 132 368 halı təsdiq olunub. Buradan 110 049 vətəndaş sağalıb. O cümlədən bu gün 3 721 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 35 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 1 130-a çatdı.

Karantin rejimində 2 033 vətəndaş, stasionarda müşahində altında 6 373 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 3 945 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.