Gürcüstanda koronavirusun 3 768 yeni halı qeydə alındı, 4 055 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 768 yeni halı qeydə alındı, 4 055 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 3 768 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 96 860 halı təsdiq olunub. Buradan 77 932 vətəndaş sağalıb. O cümlədən bu gün 4 055 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 45 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 894-ə çatdı.

Karantin rejimində 2 226 vətəndaş, stasionarda müşahində altında 5 879 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 3 411 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.